Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi VİDEO

Bakı, 15 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli Ordumuzun sarsıdıcı zərbələri qarşısında sürətlə geri çəkilən düşmən cəbhəboyu ağ bayraq qaldıraraq təslim oldu. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğullarımız cəngavərlikləri, qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Camal İsmayılovdur.

AZƏRTAC xəbər verir ki, Camal Vidadi oğlu İsmayılov 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Ailənin ikinci övladı olan Camal 2002-ci ildə həqiqi hərbi xidmətdə olarkən dərin zəkası, xüsusi bacarığı ilə komandanlığın diqqətini çəkib. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında baş gizir kimi xidmətini davam etdirib. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir. Kəşfiyyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən bir çox təlimlərdə iştirak edərək çoxlu tərifnamələrə layiq görülüb. Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medalla təltif edilib.

Qəhrəmanın atası Vidadi İsmayılov Vətən müharibəsi başlayanda Camalın “Bu dəfə torpaqlarımızı mütləq geri alacağıq” deyərək döyüşə böyük coşqu ilə yollandığını bildirib: “Hər dəfə evə gələndə anasına deyirdi ki, inşallah, müharibə başlayacaq və torpaqlarımızı azad edəcəyik. Başınızı həmişə dik tutacaqsınız. Müharibə başlayanda Cəbrayılı azad edən qüvvələrimiz arasında onların da qrupu vardı. Camala həmişə Hadrutun fatehi deyirdilər. Oğlumla fəxr edirəm. İndi hər kəs onun qəhrəmanlığından danışır. Camalın qəhrəmanlığına yüksək qiymət verilməsinə görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana ailəmiz adından minnətdarlıq edirəm. Şəhid oğluma “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Ailəmizin ən böyük təsəllisi İkinci Qarabağ müharibəsində qazandığımız Böyük Qələbə və Camalın “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsidir. Qalib Ordumuza eşq olsun!”.

Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında şücaətlə vuruşub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanan qəhrəman döyüşçü bir müddət xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Sonuncu döyüşdə – Laçın dəhlizini nəzarət altında saxlamağa imkan verən hakim yüksəkliyin azad edilməsi uğrunda 16 nəfərlik dəstəsi ilə 500-dən çox erməniyə qarşı mərdliklə vuruşan Camal şəhidlik zirvəsinə yüksəlib. Bu qəhrəmanlıq Camalı böyük zirvəyə ucaltdı. Azərbaycanın ərazi bütövlüyünün bərpasında misilsiz xidmətlərinə və işğal altındakı torpaqlarımızın azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Camal Vidadi oğlu İsmayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bu xəbər ailədə hər kəsi sevinc və qürurdan doğan göz yaşlarına qərq edib.

Şəhidin bacısı Xəyalə İsmayılova Camal kimi igidlərin Vətən müharibəsində öz qəhrəmanlıqlarını bütün dünyaya göstərdiklərini vurğulayıb: “Camala “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi xəbərini mənə onun kiçik qızı Əsnad xəbər verir. Bilmədim sevinim, yoxsa ağlayım. Sanki boşluq içində qaldım, bir gözü ağladı, bir gözüm güldü. Qardaşıma bu yüksək adın verilməsinə görə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, Camal arzusuna çatdı, onun gözü arxada qalmadı. Bütün şəhidlərimizin qisası alındı, Qarabağımız düşməndən təmizləndi. İndi Vətən torpağı tam azaddır”.

Camal üçün valideynləri, həyat yoldaşı, övladları, bacısı və qardaşı həyatda hər şeydən əziz və dəyərli idi. Hər bir ata kimi onun da qəlbində övladları ilə bağlı yüzlərlə arzusu vardı. Vaxtının çoxunun ondan əmanət qalan qızları Əsmət və Əsnad ilə keçirən Camal sanki şəhid olacağını hiss edirmiş kimi, yeni doğulacaq körpəsinin də adını qoyub.

Şəhidin anası Filarə İsmayılova oğlu ilə fəxr etdiyini vurğulayaraq deyib: “Oğlumun qəhrəmanlığının yüksək qiymətləndirilməsinə və ona “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsinə görə Azərbaycan dövlətinə və Prezidentimizə minnətdaram. Camal döyüşlərə yollananda “Narahat olmayın, şəhid olsam, dövlətimiz balalarımın qayğısına qalacaq. İki aydan sonra oğlu olacaq. Adını da özü qoydu. Övladına ən çox sevdiyi adı - Alparslan adını verdi”.

Hər bir azərbaycanlı kimi, Camalın da ən böyük arzulardan biri – doğma Qarabağımızın erməni işğalından azad olunması, üçrəngli bayrağımızın Laçında, Kəlbəcərdə, Şuşada dalğalanması idi.

Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqları bütünlüklə bizimdir.

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun igidlik hekayəsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peyvənd olunmaq göyöskürəkdən qoruyan ən etibarlı vasitədir - həkim məsləhəti

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib