Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun anım mərasimi keçirilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Ramiz Vaqif oğlu Qasımovun şəhidliyinin birinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri və Xəzər Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

“İlkimiz, sonumuz, andımız Vətən!” adlı vətənpərvərlik tədbirində əvvəlcə “Milli şahinlərimiz Vətən müharibəsində” klipi nümayiş etdirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himnimiz səsləndirilib.

Polkovnik Abdulla Qurbani Azərbaycan tarixinin şərəfli səhifələrindən olan Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin xalqımızın və dövlətimizin həyatında mühüm əhəmiyyətindən danışıb, bu qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, qəhrəman Ordumuzun hərbi qulluqçularının igidlik və şücaətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu vurğulayıb. Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsinin ilk günündən son gününədək düşmənə qarşı əks hücum əməliyyatlarında xüsusilə fərqləndiyini qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad edilməsi zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilən hərbi qulluqçularımızdan biri də polkovnik-leytenant Ramiz Qasımovdur.

R.Qasımov 1975-ci il fevralın 17-də Beyləqan rayonunda anadan olub. 1992-ci ildə Beyləqan şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Ordusunda Uçuş Hazırlığı Təlim Mərkəzini və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbini bitirib. Hərbi Hava Qüvvələrində vertolyot eskadrilyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı vəzifəsindən Aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini – uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifəsinədək yüksələn Ramiz Qasımov harada, hansı vəzifədə xidmətindən asılı olmayaraq həmişə qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib. 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşləri zamanı Hərbi Hava Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazıb.

Yüksək “Snayper” dərəcəsinə yüksələn təlimatçı, sınaqçı milli pilotlarımızdan olan Ramiz Qasımov sağlığında 7 döyüş medalı ilə təltif olunub.

Azərbaycan Silahlı Qüvvələrinin veteranı olan təcrübəli və peşəkar pilotumuz neçə-neçə milli təyyarəçi kadrın yetişməsində, formalaşmasında səylərini əsirgəməyib. Komandanlıq və şəxsi heyət arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də yüksək mənəvi və iradi keyfiyyətlərə malik şəxsiyyət, mütəxəssis kimi fərqlənib.

Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsinin ilk günündə düşmən üzərinə əks-hücuma keçən polkovnik-leytenant Ramiz Qasımov öz ekipajı ilə Ağdərə-Tərtər istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin radio-elektron mübarizə vasitəsini, zenit-raket kompleksini məhv edib, düşmənə canlı qüvvə sarıdan xeyli itkilər verib. Lakin onun idarə etdiyi döyüş vertolyotu vurulduqdan sonra o, yaralanmasına baxmayaraq mülki əhalinin zərər çəkməməsi üçün vertolyotu təhlükəsiz istiqamətə kənarlaşdırıb, ekipaj üzvlərinin gəncliyini nəzərə alaraq onların birinci olaraq tullanmasına şərait yaradıb, özü isə sonuncu olaraq kabinəni tərk edib.

Ağır zədə alan pilot həkimlərin 25 günlük ciddi səylərinə baxmayaraq komadan ayılmayıb və 2020-ci il oktyabrın 20-də şəhidlik məqamına ucalıb.

Hərbi Hava Qüvvələrinin Komandanı – müdafiə nazirinin müavini, general-leytenant Ramiz Tahirov xalqımızın ümummilli lideri Heydər Əliyevi xatırlayaraq deyib: “Ulu Öndərimiz istəyirdi ki, bizim güclü milli aviasiyamız olsun, istəyirdi ki, bizim cəsur şahinlərimiz olsun. Bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlıların istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Bu gün dahi liderimizin, eləcə də şəhidlərimizin ruhları şaddır ki, xalqımız və ordumuz öz gücünü, qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qazandığımız Qələbə həm də Heydər Əliyev ideyalarının, arzularının həyata keçməsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər qoşun növləri ilə yanaşı, Hərbi Hava Qüvvələrimiz də yeni zəfər tariximizə layiqli səhifələr yazmışdır”.

Diqqətə çatdırılıb ki, Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının da Vətən müharibəsində xidmətləri dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən 7 səma şahinimizdən biri də bu gün şəhidliyinin birinci ildönümünü qeyd etdiyimiz polkovnik-leytenant Ramiz Qasımovdur. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Azərbaycan Ordusu var Ramiz kimi qəhrəman oğullar unudulmayacaq, onların xatirəsi həmişə əziz tutulacaq.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılmasından, onların sosial problemlərinin daha da yaxşılaşdırılması üçün görülən məqsədyönlü tədbirlərdən bəhs edib və şəhid Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun ailəsinin bundan sonra da daim qayğı ilə əhatə olunacağını bildiriblər.

Şəhidin Beyləqan rayonundan gələn qardaşları Çingiz və Mübariz Qasımovlar və şəhidin həyat yoldaşı Günel Qasımova göstərilən ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin və Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıq ediblər.

Mayor Musayıl Fətəliyev sevimli komandirini minnətdarlıq hissi ilə xatırlayıb, həyatda yaşamasına görə ona borclu olduğunu deyib və bundan sonra da Vətənə ölməz qəhrəmanımız Ramiz Qasımov kimi xidmət edəcəyinə and içib.

Şəhidin övladları Gülanə, Gülay və Vaqifin ataları haqqında danışdıqları xatirələr tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Xatirə mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin və incəsənət ustalarının təqdim etdikləri “Daim göylərdədir ruhu Ramizin” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Oktyabrın 22-də Vətən Müharibəsi Qəhrəmanının İkinci Şəhidlər xiyabanındakı məzarı ziyarət edilib, qarşısına güllər düzülüb, ruhuna dualar oxunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı