Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən Müharibəsində qazandığımız Şanlı Qələbə ədliyyə işçiləri üçün də qürur mənbəyidir

Vətən Müharibəsində qazandığımız Şanlı Qələbə ədliyyə işçiləri üçün də qürur mənbəyidir

Bakı, 16 noyabr, AZƏRTAC 

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. AZƏRTAC bu münasibətlə Səadət Sarayının (Bakı Nikah Evi) müdiri, baş ədliyyə müşaviri İradə İsgəndərovanın məqaləsini təqdim edir.

Ədliyyə işçilərinin peşə bayramı günü ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhkəmə-hüquq və bütövlükdə ədliyyə sisteminin təkmilləşməsi bilavasitə Ümummilli Liderimizin adı ilə bağlıdır. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, daha sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaradıb, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.

Bu gün Azərbaycan Respublikasının ədliyyə sistemi ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində əldə etdiyi xidməti nailiyyətləri və həyata keçirdiyi uğurlu fəaliyyəti ilə cəmiyyətdə özünə qarşı yüksək etimad formalaşdırıb.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilib, ona hüquq mühafizə orqanı statusu verilib. Ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunların qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafına mühüm təkan verib.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, milli dövlətçiliyimizin gücləndirilməsi, mütəmadi məhkəmə-hüquq islahatlarının aparılması, o cümlədən ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə ədliyyə və məhkəmə infrastrukturunun möhkəmləndirilməsi, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, elektron idarəetmə və sənəd dövriyyəsinin təşkili üzrə ardıcıl işlər görülür. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi istiqamətində davamlı addımlar atılır.

Əminliklə deyə bilərik ki, ədliyyə orqanları respublikamızda hüququn müxtəlif sahələrini əhatə edən inkişaf prosesində, eyni zamanda, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində müstəsna yer tutur. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ədliyyə orqanlarında, o cümlədən məhkəmələrdə müasir texnologiyalar tətbiq edilərək göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin şəffaflıq və operativliyin təmin olunması istiqamətində olduqca mühüm işlər görülüb.

Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında da açıq-aşkar hiss edərək qiymətləndirirlər.

Azərbaycanda yeni dövrün çağırışlarına uyğun olaraq qeyri-neft sektorunun inkişafı, biznes sahəsində müşahidə edilən problemlərin aradan qaldırılması üçün yeni məhkəmə sistemi formalaşdırılıb və kommersiya məhkəmələri yaradılıb. Hüquqi və iqtisadi islahatların paralel aparılması iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdəndir.

Bundan əlavə, pandemiya dövründə tətbiq olunan yeniliklərdən biri olan distant məhkəmələrin mümkünlüyü sahibkarların məhkəməyə gəlmədən kompüter vasitəsilə mövqeyini bildirməsi imkanını yaradıb. Ümumiyyətlə, işlərin “Elektron məhkəmə” informasiya sistemi ilə avtomatik bölgüsü onun keyfiyyətini və məhkəməyə inamı artırır.

Bu gün Azərbaycan dövləti öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Dünya birliyi Azərbaycanı sivil, demokratik, eyni zamanda, multikultural dəyərlərə, ədalət və humanizm prinsiplərinə sadiq dövlət kimi tanıyır. Ölkədə bütün sahələrdə aparılan islahatlarla yanaşı, Azərbaycanın beynəlxalq arenada da nüfuzu getdikcə artır. Lakin bu illər ərzində əldə edilən bütün uğurlara baxmayaraq, xalqımızın əsas problemi olan ərazi bütövlüyünün bərpası uğrunda aparılan danışıqlar nəticə verməyib.

Dövlətimizin başçısı İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi barədə reallıqlar mötəbər beynəlxalq təşkilatlar çərçivəsində dünya ictimaiyyətinə çatdırılıb. Bütün beynəlxalq normalar Azərbaycanın ərazi bütövlüyünü təsdiqləsə də, Ermənistan hökumətinin qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin sülh yolu ilə həlli mümkün olmayıb. Üstəlik, işğalçı Ermənistan yeni ərazilər zəbt etmək niyyəti ilə dəfələrlə təxribat xarakterli əməliyyatlar həyata keçirməyə cəhd göstərib. Belə ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almış, iyulda Ermənistanın dövlət sərhədi istiqamətində növbəti təxribatı nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdu. Avqustda isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd göstərmişdi. Bu təxribatlar Ermənistanın avantürist və təcavüzkar hərbi-siyasi rəhbərliyinin bəyan etdiyi yeni ərazilər uğrunda yeni işğal siyasətinin davamı idi. Bütün hallarda ordumuzun atdığı qətiyyətli addımlar nəticəsində Ermənistanın hərbi qüvvələrinə layiqli cavab verilib.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutdu. Bu da öz növbəsində Azərbaycanı özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı sülhə məcbur etmək, onun təxribatlarının, hərbi avantüralarının və Azərbaycana qarşı işğalçı siyasətinin qarısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qoydu. 44 gün davam edən əks-hücum əməliyyatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü kimi şanlı tariximizə yazıldı. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz əzəli torpaqlarımızı zəbt edən düşmənə sarsıdıcı zərbələr endirdi və torpaqlarımızı 30 illik işğaldan azad edərək tarixi zəfərə imza atdı.

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəfə aldı. Belə ki, erməni silahlı birləşmələri hərbi hədəfli obyektlərin vurulması adı ilə döyüş bölgəsindən xeyli uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı əraziləri və məntəqələri ağır artilleriyadan atəşə tutaraq müharibə cinayətləri törətdi. Vətən Müharibəsi başlanan vaxtdan Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi, Goranboy şəhərləri və digər yaşayış məntəqələrimiz raket hücumuna məruz qaldı.

Düşmənin silahlı qüvvələrinin çirkin əməlləri və Azərbaycan xalqına qarşı törətdikləri növbəti dəhşətli və insanlıqdan uzaq cinayətlər nəticəsində 94 dinc sakin həlak oldu, 400-dən artıq mülki şəxs yaralandı və mülki infrastruktura ciddi ziyan vuruldu.

Bu müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün Ədliyyə Nazirliyi də daxil olmaqla, bütün dövlət orqanları müvafiq iş aparıb. Döyüş meydanında məğlubiyyətə uğrayan işğalçı Ermənistanın qəsdən mülki əhaliyə hədəflənən qeyri-insani əməllərindən əl çəkməyərək beynəlxalq hüququn qadağan etdiyi kasetli bombalar və ballistik raketlərlə yuxarıda qeyd olunan şəhərlərdə və yaşayış məntəqələrində qətliam törətməsi ilə bağlı ədliyyə naziri Fikrət Məmmədov tərəfindən xarici ölkələrin ədliyyə nazirlərinə xüsusi müraciətlər ünvanlanıb.

Müraciətlərdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin bir milyondan çox azərbaycanlının taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub. Həmçinin vurğulanıb ki, Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistan 90-cı illərin əvvəllərində hərbi təcavüzə başlayıb. Ərazilərimizin 20 faizini işğal edərək orada Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib və bunun nəticəsində bir milyon insan qaçqın və məcburi köçkünə çevrilib.

Bundan əlavə, Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar normaları kobud şəkildə pozmalarına və mülki şəxslərə qarşı törətdikləri hərbi cinayətlərə dair müraciətlər bir çox beynəlxalq qurumlara və nüfuzlu təşkilatlara da ünvanlanıb.

Təcavüzkar Ermənistanın törətdiyi müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan xalqı ruhdan düşmədi və Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşdi. Məhz bu sarsılmaz birlik və dəstək sayəsində rəşadətli ordumuz 30 ildir həll edilməsi müşkül məsələyə çevrilmiş ərazi bütövlüyümüzü qısa müddətdə bərpa etməyi bacardı. Bu müqəddəs yolda canından keçən hərbçilərimiz və bu tarixi zəfərdə imzası olan hər kəs daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunacaq.

Xüsusilə burada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz rolu qeyd olunmalıdır. Daim ruhlandırıcı müraciətləri ilə ordumuzu qələbəyə səsləyən Mehriban Əliyeva hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərib. Təsadüfi deyil ki, ölkə başçısının vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi xüsusi diqqət nəticəsində inşa olunmuş səkkizmərtəbəli reabilitasiya mərkəzində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə döyüşlərdə yaralanan hərbçilərə xidmət göstərilməsi qərara alınıb.

Sonda qeyd etməyi lazım bilirik ki, bu gün ərazi bütövlüyümüzün bərpası uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qazanılan tarixi qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir. Prezidentimizin də vurğuladığı kimi, Vətən Müharibəsindən sonra yeni həyat başlayacaq, ölkəmizdə müsbət istiqamətdə böyük dəyişikliklər müşahidə olunacaq.

Əminik ki, bu müsbət dəyişikliklər həyatın bütün sahələrini, o cümlədən ədliyyə sistemini əhatə etməklə ümumilikdə xalqımızın rifahına xidmət edəcək. Vətən müharibəsində qazandığımız şanlı Qələbəmiz bütün xalqımız kimi, ədliyyə işçilərinin də qürur mənbəyidir. Tarixi zəfərdən ruhlanan bütün ədliyyə işçiləri bundan sonra da öz fəaliyyətini uğurla davam etdirəcək, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir