QAN YADDAŞI
Vətən fədailərinin əziz xatirəsi daim ürəklərdə yaşayacaq
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, anım tədbirində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, şəhidlərimizin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizəsindən danışılıb. Anım tədbirində çıxış edən nazirlik əməkdaşları Qanlı Yanvar hadisəsinin unudulmayacağını, vətən fədailərinin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.01.2024 [02:44]
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.01.2024 [16:42]
Səudiyyə Ərəbistanın nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
- 26.01.2024 [13:32]
“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici mediada
- 23.01.2024 [11:00]
20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş şəkildə işıqlandırılıb
- 23.01.2024 [01:15]
Vaşinqtonda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
- 22.01.2024 [19:16]
İstanbulda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı konfrans keçirilib
- 22.01.2024 [11:05]