İDMAN


“Vətən” futbol məktəbinin komandası beynəlxalq turnirə qatılıb

Bakı, 16 aprel, AZƏRTAC

“Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 12 yaşlılardan ibarət yığma komandası “İzmir Cup 2018” beynəlxalq turnirdə iştirak edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, türkiyənin “Altın Ordu” futbol klubunun Quşadasındakı idman bazasında keçirilən turnirdə 21 ölkədən olan komandalar - “Mançester Siti”, “Atletic Bilbao”, “Sampdoriya”, “Portu”, “Benfika”, “Anderlext”, “PSV Eindhoven”, “AZ Alkmaar”, “Tvente”, “Dinamo Zaqreb”, “Krasnodar”, “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” kimi böyük klubların akademiyaları təmsil olunublar.

“Vətən” futbol məktəbinin yetirmələri qrup mərhələsində keçirdiyi oyunların nəticəsinə görə, aktivində 13 xal toplayaraq qrup ikincisi kimi turnirin elit 32-liynə daxil olub. Növbəti mərhələdə “Mançester Siti”, “Dinamo Zaqreb”, “Fənərbağça” və digər komandalarla keçirdiyi görüşlərin nəticəsinə əsasən, turnirin ümumi sıralamasında 56 komanda arasında 23-cü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.