MƏDƏNİYYƏT


Vətən mənə oğul desə...

Bakı, 8 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası A.Məmmədov adına 38 nömrəli tam orta məktəbdə “Vətən mənə oğul desə” adlı tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova bildirib ki, bu cür tədbirlər məktəblilərin mənəvi dünyasının daha da zənginləşməsində və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır.

Kitabxananın böyük metodisti İradə Hüseynova çıxışında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi misilsiz fədakarlıq və şücaətdən danışıb.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Tədbirdə “Azərbaycanın Milli Qəhrəmanları” adlı videoçarx nümayiş olunub.

Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.