CƏMİYYƏT


Vətən müharibəsi əlilləri və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları arasında idman yarışı keçirilib

Bakı, 6 may, AZƏRTAC

Vətən müharibəsi əlilləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əməkdaşları arasında Para Trap İdman Atıcılıq yarışı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən təşkil olunub.

Yarışdan əvvəl agentliyin sədr müavini Ramin Rzayev və “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev çıxışlarında ölkəmizdə sosial sahənin inkişafı, həssas qruplara dövlət qayğısının artırılması sahəsində görülmüş işlərdən danışıblar.

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, xüsusilə müharibə əlillərinə diqqət və qayğısı vurğulanıb. Əlilliyi olan şəxslər, müharibə iştirakçıları üçün sosial dəstək proqramlarının ildən-ilə genişləndirildiyi qeyd edilib.

Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda agentliyin əməkdaşlarından və Vətən müharibəsi əlillərindən ibarət 17 nəfər Para Trap İdman Atıcılıq növündə öz güclərini sınayıblar.

Yarışın qaliblərinə mükafatlar, iştirakçılara sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.