CƏMİYYƏT


Vətən müharibəsi iştirakçıları ilə ahıl şəxslərin görüşü keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanların görüşü təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsinin ikinci ildönümünə həsr olunan görüşdə Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Elxan Məmmədov, Sahil Yunusov, Elnur Məmmədov, Zaur Musayev və Kənan Əliyev iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçərək şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə ahıl şəxslərə göstərilən dövlət qayğısı haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə aparılan davamlı sosial islahatlar nəticəsində həssas əhali qruplarından olan şəxslərin, o cümlədən ahıl şəxslərin sosial müdafiəsi tədbirləri dəfələrlə gücləndirilib. Bu kateqoriyadan olan vətəndaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur. Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 200-dək sakini var.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqların işğaldan azad olunmasında qəhrəmanlıq göstərən Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan danışıblar.

Qeyd edilib ki, Vətən müharibəsi dövründə ahıllarımızın dəstək mesajları döyüşçüləri daha da ruhlandırıb.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən hər bir Vətən övladına dərin minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.