SİYASƏT


Vətən müharibəsi iştirakçısı: Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd edirik

Bakı, 26 iyun, AZƏRTAC

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 104 il ötür. Azərbaycan Ordusunun hərbi qulluqçusu olaraq xalqımızı və ordumuzun şəxsi heyətini 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu bayramı artıq ikinci ildir ki, Vətən müharibəsində Zəfər qazanmış xalq kimi təntənəli şəkildə, Qələbə sevinci və böyük qürur hissi ilə qeyd edirik.

Bunu AZƏRTAC-a müsahibəsində Silahlı Qüvvələr Günü münasibətilə paytaxtda keçirilmiş yürüşü izləyən Quru Qoşunlarında xidmət etmiş hərbi qulluqçu Vüsal Əliyev deyib.

O vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin etməsi bizi qürurlandırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə otuz il həsrətində qaldığımız ərazilərimiz erməni işğalından azad edildi. Biz artıq azad olunmuş doğma torpaqlarımıza qovuşmuşuq. Bizi dədə-baba yurdlarımıza qaytardığı üçün Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm.

“Mən özüm də Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. “Şücaətə görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunmuşam”, - deyə V.Əliyev bildirib.

Xatırladaq ki, bu gün Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin, hərbçilərin yürüşləri və nümunəvi çıxışları olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.