REGİONLAR


Vətən müharibəsi qaziləri Bərdə və Gəncədə raket hücumuna məruz qalmış ərazilərə baş çəkiblər

Bərdə, 9 oktyabr, AZƏRTAC

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin, veteranlarının Bərdə və Gəncə şəhərlərinə ekskursiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi qazilərinə, veteranlara diqqət və qayğı göstərilməsi, onların asudə vaxtının səmərəli təşkili, keçdikləri şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və Ermənistanın raket hücumlarına məruz qalmış ərazilərin ziyarət olunması məqsədilə təşkil olunmuş tədbirdə 30-dan çox qazi və veteran iştirak edib. Səfər iştirakçıları şəhidlərin məzarları, onların əziz xatirəsinə ucaldılmış abidə və xatirə lövhələri önünə tər qərənfillər düzüb, ehtiramlarını bildiriblər.

Ekskursiya proqramı çərçivəsində Ermənistanın raket hücumları nəticəsində dağıdılmış ərazilər, Bərdə rayonunun və Gəncə şəhərinin tarixi-memarlıq abidələri ziyarət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.