REGİONLAR
Vətən müharibəsi qaziləri evlərində ziyarət olunurlar
Qəbələ, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Vətən müharibəsi döyüşləri zamanı yaralanan qəbələli qazilər rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırırlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son günlər Vətən müharibəsi qazilərindən Bum qəsəbə sakini Alyarov Tahir Mikayıl oğlu, Mirzəbəyli kənd sakini Seyidov Nurlan Tərlan oğlu, Yemişanlı kəndindən Yaradov Elməddin Mürvət oğlu, Nic qəsəbə sakini Aftandilov Ronaldo Apres oğlu, Tüntül kəndindən Əmrahlı Fəqan Fazil oğlu, Rəhmanov Uğur Vafadar oğlu, Zirik kənd sakini Qasımov Həsən Ədalət oğlu və Soltannuxa kəndindən İsrafilov Rusif Mehtixan oğlu evlərində ziyarət olunub, ailələrin problemləri ilə maraqlanılıb, ehtiyacları öyrənilib, ərzaq yardımı çatdırılıb.
Qazi ailələri ilə görüşlərdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından söz açılıb. Qazilərlə söhbətlər zamanı onları narahat edən problemlər öyrənilib və həlli istiqamətində tədbirlər nəzarətə götürülüb.
AZƏRTAC—0—
MD CR