MƏDƏNİYYƏT
Vətən müharibəsi qaziləri konsert verəcək
Bakı, 17 may, AZƏRTAC
Mayın 27-də Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında İkinci Qarabağ müharibəsi döyüşçülərinin iştirak etdiyi musiqili bədii gecə keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edəcək Vətən müharibəsi qaziləri bir neçə ali təhsil ocağının tələbə və məzunlarıdırlar. Gecədə, həmçinin Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri və bir neçə tanınmış incəsənət xadimi, eləcə də ADMİU-nun tələbə heyəti də çıxış edəcəklər.
Konsertdən əldə olunacaq vəsait “YAŞAT” Fonduna ianə olunacaq.
Qeyd edək ki, layihənin müəllifi Nərmin İsgəndərovadır.