CƏMİYYƏT


Vətən müharibəsi qazisinə kiçik müəssisə qurması üçün dəstək göstərilib

Bakı, 21 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şərəfli döyüş yolu keçmiş və döyüşlərin birində yaralanmış Əliyev Əsəd Qurban oğlunu da sosial dəstəklə əhatə edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Bakının Xəzər rayon sakini olan qazi anası ilə birgə yaşayır. Nazirlik tərəfindən Əsədə əlillik, bununla əlaqədar Prezidentin aylıq təqaüdü və müavinət təyin olunub.

Bu günlərdə Nazirliyin əməkdaşları qazinin ailəsi ilə görüşərkən o, özünüməşğulluq proqramına cəlb olunmaq, proqramın dəstəyi ilə meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq istədiyini bildirib. Əsədin bu istəyi nəzərə alınaraq o, Dövlət Məşğulluq Agentliyi tərəfindən növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.

Qısa müddətdə ona meyvəqurutma üzrə kiçik müəssisəsini qurmaq üçün bütün avadanlıqlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.