MƏDƏNİYYƏT


“Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi nümayiş olunub

Bakı, 3 avqust, AZƏRTAC

Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi izləyicilərə nümayiş olunub.

Kitabxanadan AZƏRTAC-a bildirib ki, virtual sərgi Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovalarla birlikdə təşkil olunub. Sərgidə 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunub. Virtual sərgidə Rəssamlıq Akademiyasının, Azərbaycan Pedaqoji İnstitutunun, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Bakı Biznes və Kooperasiya Kollecinin, və s. ali və orta məktəblərin tələbə və şagirdlərinin, gənc həvəskar rəssamların 40-dan çox əl işləri yer alıb.

Virtual sərgidə izləyicilər Misir Maxsudlunun “Polad Həşimov”, Aysel Mayılovanın “Zəfər”, Ayxan İsayevin “Şuşa”, Cəmilə Cəfərzadənin “Zəfər” və s. işlər ilə tanış olmaq imkanı qazanıblar.

Sərgidə təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı Qələbənin görüntülərini təsvir etməklə yanaşı, əksəriyyəti məhz qəhrəman oğulların, şəhidlərin portretlərindən ibarətdir. Maraqlı və duyğusal anlardan biri odur ki, virtual sərgiyə iş təqdim edən Aytən Məmmədova adlı iştirakçı Vətən müharibəsində şəhid olan qardaşı Rəcəb Məmmədovun və əmisi oğlu Təbriz Bəkirovun portretlərini işləyib.

Virtual sərginin iştirakçılarına sertifikatlar təqdim edilib.

Sərgi ilə kitabxananın instaqram səhifəsindən tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.