REGİONLAR


Vətən müharibəsi şəhidi Ələkbər Ələkbərlinin xatirəsi anılıb

Tərtər, 29 iyul, AZƏRTAC

Tərtər rayonunda Vətən müharibəsi şəhidi Ələkbər Ələkbərlinin doğum günündə xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə ictimaiyyət nümayəndələri Ələkbər Ələkbərlinin Köçərli kənd qəbiristanlığındakı məzarını ziyarət edərək, üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra Köçərli kəndində şəhidin ailəsi ziyarət olunub.

Şəhidin valideynləri ilə görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb, onların qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.