REGİONLAR


Vətən müharibəsi şəhidi Elgün Bəyişlinin xatirəsi anılıb VİDEO

Beyləqan, 8 mart, Aydın Yavərzadə, AZƏRTAC

Vətən uğrunda canını fəda edən qəhrəmalardan biri də Şəhid Bəyişli Elgün Teyyub oğludur. 44 günlük Zəfər yürüşündə öz şücaəti ilə seçilən Elgünün doğum günündə xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin anım günündə ailə üzvləri ilə bərabər, kənd sakinləri, müharibə iştirakçıları, məktəblilər və şəhid ailələri iştirak edib. Beyləqan rayonu Təzəkənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, həmçinin şəhidlərin xatirəsi sükutla anılıb. Məktəblilər Vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndirib. Çıxış edənlər Elgün Bəyişlinin həyatından və qəhrəmanlığından danışıb. Bildirilib ki, Bəyişli Elgün Teyyub oğlu 1996-cı ildə mart ayının 6 da Beyləqan Rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. 2003-cü ildə Təzəkənd kəndində yerləşən 1-ci Qarabağ müharibəsi şəhidi Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olan Teyyub əxlaqı və tərbiyəsi ilə seçilib. Onun vətənpərvərliyi isə hər kəsə nümunə olub. Elgün orta məktəbi bitirdikdən sonra 2015-ci ilin aprelində Hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Vətəninə sevgi ilə bağlı olan Elgün bir neçə il mülki işdə çalışsa da Tovuz hadisələrindən sonra ordu sıralarına qoşulmağa qərar verib və müddətdən artıq xidmətçi kimi Vətən keşiyində dayanıb. Elgün Vətən müharibəsi başlayandan ön cəbhədə döyüşərək Füzulinin alınmasında da böyük qəhrəmanlıq göstərib. Oktyabrın 2-də snayper yarası alıb buna baxmayaraq yaralı vəziyyətdə 11 nəfər silahdaşını xilas edib. Aldığı yaralara görə Elgün Füzuli Rayonu Mərkəzi Xəstəxanasında əməliyyat olub. Bir neçə gün orada qaldıqdan sonra Zərdab Rayon Xəstəxanasına göndərilib və müalicəsi tam başa çatmadan könüllü olaraq ön cəbhəyə yollanıb. Elgün döyüşlərə qayıtdıqdan sonra Tuğ kəndi, Hadrut, Topxana meşəsi , Daşaltı və Şuşa istiqamətində gedən döyüşlərdə şücaəti ilə seçilib. Noyabr ayının 2-də sol ayağından yaralansa da döyüş meydanın tərk etməyib. Noyabr ayının 6-da erməni qüvvələri ilə dolu olan bir dərədən hücuma keçiblər və Elgün orada 3-cü dəfə ağır yaralanıb. Buna baxmayaraq Elgün yaralı vəziyyətdə Şuşada iki gün döyüşüb və 8 noyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, şəhid Bəyişli Elgün Teyyub oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda"

"İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.