İDMAN


Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan şahmat turniri təşkil ediləcək

Bakı, 23 fevral, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Sabunçu Rayon Gənclər və İdman İdarəsinin, “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə fevralın 25-də Vətən müharibəsi şəhidi Emil Şamilovun xatirəsinə həsr olunan onlayn şahmat turniri keçiriləcək.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, İsveçrə sistemi üzrə təşkil ediləcək yarış 7 turdan ibarət olacaq.

Turnirdə iştirak üçün “Lichess.org” onlayn platformasında qeydiyyatdan keçmək lazımdır. Yarış saat 19:00-da start götürəcək.

Karate üzrə dünya, Avropa və 12 qat Azərbaycan çempionu olan Emil Şamilov Vətən müharibəsində ordu sıralarına könüllü yazılaraq, döyüşlərə yollanıb. Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Emil Şamilov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.