REGİONLAR


Vətən müharibəsi şəhidi İlqar Mayılxanlının xatirəsi anılıb VİDEO

Beyləqan, 27 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidi İlqar Mayılxanlının doğum günündə xatirəsi anılıb. Şəhidin Beyləqan rayonu Milabad kəndində məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid İlqar Mayılxanlının anım mərasimində, şəhidin ailəsi ilə yanaşı, dostları, şəhid ailələri, veteran və qazilər, kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər İlqarın Vətənə olan sevgisindən, döyüş yolundan söhbət açıblar. Bildirilib ki, İlqar Nadir oğlu Mayılxanlı 1998-ci il iyulun 24-də Beyləqan rayonu Milabad kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından hərbçi olmaq arzusu ilə boya-başa çatıb. İlqar 2016-cı ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Hərb sirlərə peşəkarcasına yiyələnən İlqar xidmətini bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu olaraq Vətən keşiyində dayanıb. Vətən müharibəsi zamanı ilk döyüşə atılanlar sırasında İlqar da yer alıb. Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə böyük igidliklə vuruşub. Açdığı dəqiq atəşlərlə düşmənin texnikalarını və mövqelərini darmadağın edib. Gərgin döyüşlər zamanı İlqarın da içərisində olduğu döyüş maşını vurulub. Həmin an İlqar yaralı silahdaşlarını xilas edərək yenidən döyüşə atılıb və Füzuli İstiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

İlqar Mayılxanlı döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.