CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Orxan İsmayılovun anım günü qeyd olunub

Bakı, 6 oktyabr, AZƏRTAC

Vətən müharibəsi şəhidi İsmayılov Orxan Zöhrab oğlunun anım günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin evinin önündəki barelyefi ziyarət edərək xatirəsini ehtiramla anıb, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Çıxış edənlər Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.