REGİONLAR


Vətən müharibəsi şəhidi Pərvin Məmmədovun əziz xatirəsi anılıb

Xaçmaz, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 28-də Xaçmazda Vətən müharibəsi şəhidi Pərvin Məmmədovun əziz xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Suqovuşan döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanın Şıxlar kəndindəki məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

Anım mərasimində yerli icra qurumlarının nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Pərvin Məmmədov 2001-ci ildə Xaçmaz rayonunun Şıxlar kəndində anadan olub. Uşaq yaşlarından idmana maraq göstərib. 2019-cu ildə hərbi xidmətə yollanan Pərvinin ən böyük arzusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etmək idi. O, Vətən müharibəsinin ilk günündən döyüşlərə qoşulub. Qəhrəman əsgər Talış kəndi və Suqovuşan uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Müharibənin ilk günlərində ayağından yaralansa da, döyüşə davam edib. Pərvin oktyabrın 2-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Pərvin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Pərvin Məmmədov ailənin yeganə oğul övladı idi. Onun atası Natiq Məmmədov Birinci Qarabağ döyüşlərinin iştirakçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.