SİYASƏT


Vətən müharibəsi şəhidlərimizin xatirəsi Barselonada da yad edilib

Madrid, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də İspaniyanın Barselona şəhərində Vətən müharibəsində həlak olan şəhidlərimizin anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İspaniyadakı azərbaycanlı icmasının nümayəndəsi, Barselona “Azərbaycan Evi” mərkəzinin sədri Kərim Kərimov qeyd edib ki, 27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. O bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində əbədi qalacaq.

Sonra tədbirdə iştirak edən Azərbaycan və yerli ispan icmalarının üzvləri Qarabağın işğal tarixinə, ermənilərin təcavüzkar siyasətinə nəzər salaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında göstərdiyi şücaətlə fəxr etdiklərini, xalqımızın gücünü bütün dünyaya göstərdiyini bildiriblər.

Tədbir çərçivəsində İkinci Qarabağ müharibəsinin döyüş səhnələrini, xalqımızın Vətən uğrunda birliyini, həmrəyliyini və digər mühüm məqamları əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.