İDMAN


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi AFFA-da yad edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin bütün ərazisində olduğu kimi, AFFA-da çalışan əməkdaşlar da Azərbaycan Ordusunun şəhidlik zirvəsinə ucalan 2783 hərbi qulluqçusunun əziz xatirəsini ehtiramla anıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və qazilərimizə şəfa versin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.