SİYASƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Berlində də anılıb

Berlin, 27 sentyabr, AZƏRTAC

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin qarşısında xatirə lövhəsi qurulub.

AZƏRTAC xəbər verir ki, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatirə lövhəsinin önünə gül dəstələri qoyulub.

Daha sonra Berlin şəhərindəki Şəhidlər məscidində şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib.

Səfir Ramin Həsənov Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin qürurlu tariximiz olduğunu, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi naminə canlarını fəda edən şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun rəşadəti və əzmkarlığı sayəsində torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ədaləti bərpa edən və tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin hər günü bir qəhrəmanlıq salnaməsidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.