CƏMİYYƏT


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İğdır şəhərində də ehtiramla anılıb

Ankara, 5 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə Türkiyənin İğdır şəhərində də sükut dəqiqəsi olub.

İğdır Azərbaycan Evi Dərnəyindən AZƏRTAC-a verilən məlumata görə, təşkilatın kollektivi ölkəmizlə həmrəylik nümayiş etdirmək məqsədilə qəhrəman şəhidlərimizə ehtiram göstərib.

İğdır Azərbaycan Evi Dərnəyinin adından Azərbaycanın tarixi Qələbəsi ilə əlaqədar yerli ictimaiyyətə müraciət ünvanlanıb. Müraciətdə erməni işğalçılarını məğlub edən yenilməz Azərbaycan Ordusunun rəşadətli zəfərindən, şəhid və qazilərimizə göstərilən ehtiramdan bəhs olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.