REGİONLAR


Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Yevlaxda ehtiramla yad olunub VİDEO

Yevlax, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da ehtiramla yad olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, əvvəlcə, Şəhidlər xiyabanını ziyarət ediblər. Burada şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Şəhidlərin xatirəsinə keçirilən ağacəkmə aksiyasında 500 ədəd, o cümlədən Şəhidlər xiyabanında Vətən müharibəsində həlak olan yevlaxlı şəhidlərin sayı qədər - 65 ağac əkilib.

Tədbir Heydər Əliyev sarayında davam etdirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev şəhidlərimizin Anım Gününü məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Yəni, xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidləri anacaq. Zəfər günləri məhz şəhidlərimizin xatirəsini anmaqla başlayacaq.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində Yevlax rayonundan olan 65 şəhid onilliklər sonra da yevlaxlıların böyük qəhrəmanları sayılacaq və daim fəxr mənbəyimiz olacaqlar.

Tədbirdə Milli Məclisin deputatı İlham Məmmədov, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, birinci Qarabağ müharibəsi qazisi Elxan Hümbətov, Vətən müharibəsi qazisi Elşən Mustafayev çıxış ediblər. Bildirilib ki, tarixi qələbə nəticəsində dədə-baba yurdlarımız təxminən 30 ildən sonra düşməndən azad edildi. Bu tarixi qələbə bir milyondan çox Azərbaycan vətəndaşının uzun illər davam edən Vətən həsrətinə və nisgilinə son qoydu.

Sonda Yevlax şəhər Mədəniyyət Mərkəzi şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib.

Ölkənin bütün ərazisində olduğu kimi, saat 12:00-da Yevlaxda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.