CƏMİYYƏT
Vətən müharibəsi şəhidlərinin xatirəsi Türk Şurası tərəfindən də yad edilib
İstanbul, 4 dekabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Türk Şurasından AZƏRTAC-a bildirilib ki, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi qurumun İstanbuldakı ofisində bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türk Şurası katibliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycana və bütün türk dünyasına başsağlığı verən tədbir iştirakçıları üzv dövlət, qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz Vətənini qorumaq üçün həyatını qurban verən 2783 şəhidə Allahdan rəhmət, bütün qazilərə şəfa diləyiblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:59]
Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib
- 23.04.2024 [17:43]
® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir
- 23.04.2024 [17:19]
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
- 23.04.2024 [17:09]
Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
- 23.04.2024 [16:46]