MƏDƏNİYYƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin yad olunması məqsədilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi anım tədbiri keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan birliyin sədri Xətai Ələsgərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin cəsarətindən danışaraq, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağını bildirib.

Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinə sonsuz hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcu, həyat amalıdır.

Daha sonra tədbirdə şəhidlərin ailə üzvləri, yaxınları, qonaqlar və QHT nümayəndələri çıxış edərək şəhidlərlə bağlı xatirələrini bölüşüb, onların şərəfli həyat və döyüş yollarından söz açıb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin Vətən uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.