CƏMİYYƏT


Vətən müharibəsi veteranlarının siyahısı hazırlanır

Bakı, 27 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev Vətən müharibəsi veteranları ilə əlaqədar ötən ilin axırlarında Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq hazırda Vətən müharibəsi iştirakçılarının siyahısı onların qulluq etdikləri qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılandan sonra “Zəfər” altsisteminə daxil edilir.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Onun dediyinə görə, bundan sonra onlara təyin edilən veteran təqaüdünün təyinatı aparılacaq. Hazırda proses davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.