Vətən müharibəsi zamanı dünya Azərbaycan gəncinin şücaətinə və vətən sevgisinə heyran qaldı
AzerTAg.az

Bakı, 27 fevral, AZƏRTAC
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəşad Qurbanov AZƏRTAC-a bildirib ki, 44 günlük Vətən müharibəsində ölkə bütün gücünü səfərbər edib, bir çox illər ərzində ardıcıl siyasət aparılıb, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər görülüb. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişib. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad ediblər.
O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurublar. Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Azərbaycan bütün dünyaya öz gücünü göstərib.
Xəbərin mətnində orfoqrafik səhv var