Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Vətən müharibəsində Azərbaycan hərbçisi qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə və dəqiqliklə yerinə yetirdi

Vətən müharibəsində Azərbaycan hərbçisi qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə və dəqiqliklə yerinə yetirdi

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranması barədə qanun 1991-ci ilin sonunda qəbul edilsə də, real olaraq nizami ordu quruculuğuna 1993-cü ilin ortalarından başlandı.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Ordumuza milli qüvvələr rəhbərliyə gətirildi və köklü dəyişikliklər həyata keçirildi. Vahid komandanlıq prinsipi tətbiq edilməyə başlandı. Ordunun təminatı yaxşılaşdırıldı, onun mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə, hərbi vətənpərvərlik işinin gücləndirilməsinə ciddi diqqət yetirildi. Nəticədə 1993-cü ilin sonundan başlayaraq, Azərbaycan Ordusu Ermənistana qarşı mütəşəkkil müqavimət göstərməyə başladı. Horadiz əməliyyatları ilə başlayan Azərbaycan Ordusunun uğurları Vətən müharibəsinə və ondan sonrakı dövrədək davam etməkdədir. Ordumuzun güc və potensialının artırılması üçün mövcud olan hərbi tədris müəssisələrinin yenidən qurulması, Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin formalaşdırılması mühüm əhəmiyyət kəsb etdi.

Hərbi ekspert qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həllinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrıldı. Ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi. Eyni zamanda, ölkəmizin hərbi sahədə əməkdaşlığı genişləndirildi. Nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.

Sonunda isə bu Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və müasir silah sistemləri ilə təchizatı əvvəlcə Aprel döyüşləri, sonra isə Günnüt və Vətən müharibəsi zamanı bayrağımızın azad olunmuş ərazilərdə dalğalanması ilə nəticələndi. İkinci Qarabağ müharibəsində Qələbəni şərtləndirən amillər iqtisadi güc, qüdrətli ordu, milli birlik, beynəlxalq səviyyədə uğurlar idi. Bütün bunları təmin və təşkil edən, resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Prezident İlham Əliyev kimi liderin olmasıdır.

Vurğulanıb ki, həyata keçirilən mühüm ordu quruculuğu tədbirləri nəticəsində ordumuz son yüz ildə ilk dəfə Ermənistanı darmadağın etdi. Azərbaycan əsgəri ilk dəfə düşməni diz çökdürüb onun başına “Dəmir yumruq” endirdi. Nəticədə qəhrəman Azərbaycan əsgəri 30 illik işğalı cəmi 44 gündə Qələbə ilə əvəz etdi. Bunun nəticəsində hazırda Qarabağda üçrəngli Azərbaycan bayrağı dalğalanmaqdadır.

Azərbaycanın hərbi qüdrətinin yüksəlməsi, Vətən müharibəsinin tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, xalq ordusuna inanırdı. Azərbaycan hərbçisi qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirdi. Müharibə dövründə dövlətimizin başçısının böyük sərkərdəliyi ilə Azərbaycan Ordusu yeni əsrin müharibəsini aparmaqla öz tarixi missiyasını uğurla reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

Ə.Verdiyev diqqətə çatdırıb ki, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində addımlar atıldı, Komando briqadaları yaradıldı. Hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın Silahlı Qüvvələrinin müasir standartlara uyğun hərbi infrastrukturu yaradılır. Şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması fasiləsiz davam edir. Ordumuzun Vətən müharibəsində sərf etdiyi silah və sursatlar daha müasiri ilə əvəz edilir və ciddi qoşun növləri yaradılır. Bunların arasında Quru Qoşunların, əlavə hərbi birliklərin və Komando briqadaların yaradılmasını nümunə göstərmək olar. Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi isə Ordumuzun döyüş qalibiyyətinə müsbət təsir etməkdədir.

Ümumiyyətlə, rəşadətli Ordumuzun Ermənistan üzərində qələbəsini təmin edən əsas amillər Azərbaycan Silahlı Qüvvələrində xidmət edən şəxsi heyətin fiziki imkanları, peşəkarlığı, vətənpərvərliyi və fədakarlığıdır. Tarixi Qələbəmizin memarı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, icraçısı Azərbaycan Silahlı Qüvvələri, dəstəkçisi isə Azərbaycan xalqı olub.

“Yaranmasının 104 illiyini qeyd etdiyimiz Silahlı Qüvvələrimizin şəxsi heyəti Ermənistan üzərində Qələbənin qazanılmasında əsas rol oynadı. Bu şanlı Qələbədə Xüsusi Təyinatlı Qüvvələrimizin rolunu xüsusi qeyd etməliyik. Bu Zəfər xalqımızın indiki və gələcək nəsillərinin yaddaşında daim iftixar mənbəyi olaraq yaşayacaq. Bu Qələbə sevincini bizə yaşatmaq üçün əlindən gələni edən, bu yolda həyatını və sağlamlığını Vətənə fəda edən Silahlı Qüvvələrimizlə qürur duyuruq. Silahlı Qüvvələrimiz bizim qurur mənbəyimiz, hər birimizin iftixar mənbəyidir”, - deyə hərbi ekspert söyləyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub