DÜNYA


Vətən müharibəsində Ermənistan ordusunun məhv edilən yüksək rütbəli zabitinin meyiti tapılıb

Bakı, 23 aprel, AZƏRTAC

Vətən müharibəsinin başa çatmasından altı aya yaxın müddət ötməsinə baxmayaraq, döyüş əməliyyatları zamanı şanlı Ordumuz tərəfindən məhv edilmiş erməni hərbçilərinin meyitlərinin axtarışı hələ də davam edir. Döyüşlərdə ölənlərin və itkin düşənlərin sayı gizlədilsə də, məhv edilmiş hərbçilərin meyitləri Azərbaycan tərəfinin humanistlik göstərərək işğaldan azad olunmuş ərazilərdə axtarışlar üçün yaratdığı şərait nəticəsində aşkar edildikcə Ermənistan müdafiə nazirliyi bu barədə məlumat vermək məcburiyyətində qalır.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu günlərdə Ermənistan ordusunun adı açıqlanmayan daha bir yüksək rütbəli zabitinin meyiti aşkarlanıb. Həmin zabit şəxsiyyəti müəyyənləşdirildikdən sonra dəfn olunub. Məlum olub ki, həmin yüksək rütbəli zabit Ermənistan silahlı qüvvələrinin snayperlər məktəbinin rəisi olmuş polkovnik-leytenant Artur Akopyandır. Erməni zabit öz dəstəsi ilə 2020-ci il oktyabrın 10-da Qubadlı-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilib və adı beş aydan artıq müddətdə itkin düşənlərin siyahısında yer alıb.

Döyüşdə ölən erməni hərbçilərin axtarışları davam edir və göründüyü kimi, Ermənistan müdafiə nazirliyi itkilərin sayını hələ də gizlətməkdədir. Diqqət çəkən məqam odur ki, Qarabağdan olan və döyüşlərdə məhv edilən ermənilərin adları heç bir rəsmi siyahıya salınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.