ELM VƏ TƏHSİL


Vətən müharibəsində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində son bir əsrdə ən böyük zəfərə nail olduq. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycanın necə güclü dövlət, xalqımızın əzmli olması bir daha dünyaya tanıdıldı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin doktorantı Musa Abbaszadə bildirib. O qeyd edib ki, artıq torpaqlarımızda quruculuq və bərpa işlərinə başlanılıb. Qısa müddətdə görülən işlər göstərir ki, bu torpaqlarda həyat yenidən bərpa ediləcək. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dost ölkələri də sevindirib. Bu dövlətlər həmin ərazilərdə həyata keçiriləcək quruculuq işlərində iştirak etməyə maraqlıdırlar. Xarici dövlətlər artıq bu bölgələrdə layihələr icra etmək istəklərini bildiriblər.

“Sevindirici haldır ki, işğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşdırılmasına başlanılır, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdirilir. İnanırıq ki, bölgədə aparılan bərpa və yenidənqurma işləri Qarabağımızı yenidən cənnət bir məkana çevirəcək. İstədiyimizə nail olmuşuq və inanırıq ki, xalqımızı xoşbəxt və firavan günlər gözləyir”, - deyə M.Abbaszadə fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.