Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən müharibəsində fədakarlığı və igidliyi ilə xatirələrdə əbədi yaşayacaq qəhrəman döyüşçü: Təhmasib Mustafayev

Bakı, 27 fevral, AZƏRTAC

Müharibə hər bir xalq üçün ən ağır sınaqdır. Tarix boyu müharibələrdən keçən xalqın döyüş ruhu onun yenilməz güc mənbəyinə çevrilir. Azərbaycan xalqının da taleyinə müharibə acıları yazılıb. Qarabağ müharibəsi bir neçə nəslin həyatında silinməz iz qoyub. Ataların döyüş yolunun oğulları tərəfindən davam etdirilməsi, uşaq ikən məcburi köçkün vəziyyətinə düşənlərin böyüyüb döyüşçü missiyasını yerinə yetirməsi, “qisas qiyamətə qalmaz” – deyən igidlərin Qələbə zirvəsinə ucalması kimi nümunələr bu müharibənin gerçəkliyidir. Azərbaycanın Şanlı Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid olan 66 hərbi qulluqçusundan biri də baş leytenant Mustafayev Təhmasib Sərməst oğludur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının veteranı, ehtiyatda olan kapitan Yalçın Abbasovun “Vətən müharibəsində fədakarlığı və igidliyi ilə xatirələrdə əbədi yaşayacaq qəhrəman döyüşçü: Təhmasib Mustafayev” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Təhmasib Mustafayev 1989-cu il avqustun 30-da Cəbrayıl rayonunun Həsənli kəndində anadan olub. Sərməst Mustafayev və Kifayət Haqverdiyevanın qurduğu ailənin ikinci övladı olan Təhmasibə doğma yurdunun qoynunda böyümək qismət olmayıb.

1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Mustafayevlər ailəsi də doğma kəndindən didərgin düşüb. Həmin vaxt Təhmasibin 4 yaşı var idi, baş verənləri tam dərk etmirdi. Ancaq el-obanın o günlərdə yaşadığı təlatüm, böyüklərin göz yaşı və fəryadı onun uşaq yaddaşına həkk olunub.

Təhmasib 2007-ci ildə Kürdəmir rayonunun Topalhəsənli kəndindəki Vahid Əhmədov adına tam orta məktəbi bitirib. Məktəbdə müsbət fərdi keyfiyyətləri ilə müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb. Azərbaycan dili, ədəbiyyat və tarix fənlərinə daha çox maraq göstərib. Yeniyetməlik illərindən Təhmasibdə vətənpərvərlik əqidəsi formalaşıb. Birinci Qarabağ müharibəsi barədə məlumatları xüsusi diqqətlə öyrənib, şəhidlik mövzusuna həssaslıqla yanaşıb, hərbi forma və onu daşıyanlara həmişə rəğbətini ifadə edib.

2008-ci ilin aprelində Təhmasib müddətli həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların sıralarına qəbul olunub, Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət keçib. 2009-cu ilin oktyabrında hərbi xidmət borcunu vicdanla yerinə yetirərək ehtiyata buraxılıb.

Həyatını rəğbət bəslədiyi hərbçi peşəsinə bağlamaq barədə qəti qərar verən Təhmasib 2010-cu il aprelin 14-dən etibarən müddətdən artıq həqiqi hərbi xidmətə keçirilərək, Daxili Qoşunların sıralarına qayıdıb. Lənkəran rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin tərkibində AQS-17 qumbaraatanı heyətinin komandiri vəzifəsinə təyin edilib. Xüsusi təyinatlı kimi qarşıya qoyulan tapşırıqların icrasında əzmkarlıq və çalışqanlıq göstərib.

O, 2011-ci ilin dekabrından 2012-ci ilin aprelinədək Türkiyəyə ezam edilərək, Jandarm Baş Komandanlığının tabeliyindəki Jandarm Komando Məktəbləri və Təlim Mərkəzində jandarm gizir komando təməl kursunu keçib. Burada yiyələndiyi hərbi biliklər və qazandığı praktiki təcrübə onun peşəkar hazırlığının inkişaf etdirilməsi baxımından vacib rol oynayıb. Hərbi qulluqçumuz qardaş ölkədə, həmçinin sualtı dalğıc proqramı üzrə təlimi bacarıqla başa çatdırıb.

Təhmasib 2012-2014-cü illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təhsil alıb. 2014-cü ilin iyulundan başlayaraq artıq zabit rütbəsində hərbi karyerasında irəliləyib. Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissəsinin patrul taborunda taqım komandiri vəzifəsinə irəli çəkilib. 2015-ci ilin aprelində həmin hərbi hissədə komendant bölüyündə taqım komandiri vəzifəsinə keçirilib. 2016-cı ilin dekabrında isə ona hərbi hissənin xüsusi təyinatlı dəstəsində atəş təminatı qrupunun komandiri vəzifəsi etibar olunub.

Təyin olunduğu bütün bu məsul vəzifələrdə Təhmasib komandanlığın etimadını doğrultmağa çalışıb. Xidməti fəaliyyətindəki uğurlu nəticələrə görə dəfələrlə mükafatlandırılıb. 2019-cu ilin iyunun 29-da 10 təqvim ili qüsursuz xidmət etdiyinə görə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Hərbi hissədə keçirilən mərasimlərdə bayraqdar olmaq Təhmasibə tapşırılıb, sıranın önündə əlində döyüş bayrağı qürurla addımlayıb.

Zabitimiz özünü və tabeliyindəki şəxsi heyəti ötən illər ərzində Vətənin müdafiəsi və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlayıb. O, silahdaşlarına ən böyük arzusunun məcburi köçkün adını öz üzərindən götürmək olduğunu söyləyib.

Baş leytenant Təhmasib Mustafayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı kimi iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazisindən keçməklə Şuşayadək davam edən döyüş yolunda erməni işğalçılarına qarşı igidliklə vuruşub. İşğalına son qoyulan Cəbrayıl rayonunun doğma torpağına uzunillik həsrətdən sonra qədəm basmaq, havası ilə nəfəs almaq, bulaqlarından su içmək Təhmasibin şəhidlik ərəfəsində taleyinə yazılıb. Ailəsinə göndərilən mobil telefon çəkilişi videolarında onun Cəbrayılda olduğu anlarda ruh yüksəkliyini, nikbin ovqatla danışdığını müşahidə etmək olar.

Cəbrayıl rayonu ərazisində olduğu günlərin birində baş leytenant T.Mustafayev öz həyatını riskə ataraq, gecə vaxtı bu istiqamətdə hərəkət edən hərbi avtomobillərimizin minalanmış sahəyə daxil olmasının qarşısını alaraq, təhlükəsiz yerə istiqamətləndirib.

Şuşa ətrafındakı döyüşlərdə baş leytenant T.Mustafayevin rəhbərlik etdiyi qrup xüsusilə fərqlənib. Belə ki, Şuşa-Laçın yolu üzərindəki yüksəklikdə yerləşən düşmən postları döyüşçülərimiz tərəfindən alınıb, işğalçıların bir neçə texnikası, onlarla canlı qüvvəsi məhv edilib. Bu uğurlu döyüş nəticəsində qeyd olunan yol nəzarətə götürülüb. Bununla yanaşı, Təhmasibin özü və tabeliyindəki hərbi qulluqçular tərəfindən Şuşa ətrafında erməni hərbçilərinin bir sıra atəş nöqtələri də susdurulub.

Mərd zabitimizlə birgə döyüşlərdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Sabir İmanov və çavuş Ramiq Novruzov bildiriblər ki, müharibədə komandirin şəxsi nümunəsi mühüm amildir. Təhmasib zabit və komandir olaraq öz qorxmazlığı, dəyanəti, mənəvi-psixoloji dəstəyi ilə tabeliyindəkilərə qələbə əzmi aşılayıb. Ən təhlükəli anlarda öz iradəsi ilə silahdaşlarını döyüşə ruhlandırıb.

Silahdaşlarının verdikləri məlumata görə, 2020-ci il noyabrın 4-də Şuşa-Laçın yolu üzərindəki yüksəkliyin müdafiəsində dayanan zaman baş leytenant Təhmasib Mustafayev özünü yaralı döyüşçülərimizin olduğu postlara yetirib, onlara ilk yardım göstərilməsini təşkil edib. Ancaq düşmənin mövqelərimizi minaatanlardan şiddətli atəşə tutması nəticəsində o, mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub. Şəhidin cəsədi noyabrın 9-da döyüş zonasından çıxarılıb. Qəhrəman döyüşçü noyabrın 11-də Biləsuvar rayonunda cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları qəsəbənin qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə baş leytenant Təhmasib Mustafayev ölümündən sonra müvafiq olaraq 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə baş leytenant Təhmasib Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Təhmasib evli idi, Faidə adlı körpə qız övladı onun yadigarıdır. Doğmaları və onu tanıyanlar xalqımızın fədakar oğlu kimi Təhmasib haqqında qürurla danışırlar.

Şəhidin anası Təhmasibin Vətəni, torpağı, bayrağı çox sevən oğul olduğunu bildirib. “Mən o cür övlad yetişdirib Vətənə xidmət üçün göndərmişəm”, deyən ananın bu sözləri vətənpərvərlik məfhumunun bütün mənəvi dəyərlərin zirvəsində dayandığının isbatıdır.

Qeyd edən ki, Təhmasibin xalası oğlu gizir Vüsal Rüstəmov da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Tezliklə Cəbrayıl və işğaldan azad edilən digər rayonlarımız bərpa olunacaq, soydaşlarımız doğma yurdlarına qayıdacaqlar. Bu qayıdış üçün canlarını qurban vermiş şəhidlərimizin xatirəsi daim xalqımız tərəfindən dərin ehtiramla anılacaq. Vətən torpağında şərəfli iz qoymaq, elin yaddaşında unudulmamaq əbədi yaşamaq deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb