Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vətən müharibəsində qazanılan Qələbə dəmir yolu infrastrukturunda yeni mərhələnin başlanğıcı oldu

13 oktyabr Azərbaycan dəmiryolçularının peşə bayramıdır

Bakı, 13 oktyabr, Elvin Camalov, AZƏRTAC

Bu gün Azərbaycan dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, oktyabrın 13-ü – müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün - hər il Azərbaycan dəmiryolçularının peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, 142 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm inkişaf yolu keçib. Azərbaycanda dəmir yolu tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir

Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir. Beş il əvvəl oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu istifadəyə verilib. “Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyatı ilə bir sıra ölkələrin yükləri Avropaya və əks istiqamətə daşınır. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artır, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşir. BTQ 3 dövləti əlaqələndirməklə yanaşı, həm də onlarca xalq və ölkə üçün körpü rolunu oynayır.

Ötən il ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Belə ki, Azərbaycanda istehsal olunan metal konstruksiyaları Türkiyəyə ixrac olunub. 2017-ci ildə BTQ dəmir yolu ilə 5674 ton yük daşındığı halda ötən il bu rəqəm 483 min 290 ton, bu ilin ilk 5 ayında isə 182 min 413 ton təşkil edib. Bu dəmir yolu ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün də işlər görülür və bu, turizmin inkişafına yeni bir nəfəs gətirəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keçməklə ötən il martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetrə və əksinə dəyişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. “Stadler”lə imzalanan müqaviləyə əsasən daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

“Stadler Rail AG” şirkəti ilə uğurlu əməkdaşlıq

Regionun əsas tranzit və logistika mərkəzi olan Azərbaycan bu mövqeyini daha da möhkəmləndirmək üçün nəqliyyat sahəsində mühüm layihələr reallaşdırır. Ölkəmizin nəqliyyat infrastrukturu hər il yaxşılaşdırılır, istər daxili, istərsə də beynəlxalq daşımalarda mühüm nailiyyətlər əldə edilir. Yükdaşımalarla yanaşı, sərnişindaşımanın da effektivliyini təmin etmək üçün dəmir yolu relsləri yenilənir, sərnişinlərin mənzil başına tez çatması məqsədilə qatarların sürətinin artırılması istiqamətində işlər görülür, yeni, rahat, komfortlu sərnişin qatarları alınır. Belə qatarların alınmasında ölkəmizin əsas tərəfdaşı isə İsveçrənin “Stadler” şirkətidir.

2020-ci il fevralın 6-da Prezident İlham Əliyevin “Stadler Rail AG” şirkətinin Direktorlar Şurasının sədri Peter Şpuleri ilə görüşündə “Azərbaycan Dəmir Yolları” QSC ilə bu şirkət arasında uğurlu əməkdaşlığın qurulduğu qeyd olunub, şirkətin istehsal etdiyi çox müasir, rahat və sürətli qatarların Azərbaycanda istifadəyə verilməsinin ölkəmizin dəmir yolu sistemində böyük dəyişikliklərə səbəb olduğu vurğulanıb. Azərbaycanda dəmir yolu ilə ölkə daxilində səfər edən sərnişinlərin sayının artmasına, yaxın gələcəkdə dəmir yolu vasitəsilə, xüsusilə bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə qonşu ölkələrə, həmçinin Avropa ölkələrinə səfərlərin həyata keçiriləcəyinə əminlik ifadə edilib, Azərbaycanın “Stadler” şirkətindən bundan sonra daha çox qatarın alınmasında maraqlı olduğu bildirilib.

Qeyd edək ki, “Stadler” 2012-ci ildə Azərbaycanla əməkdaşlığa maraq göstərib, şirkət 2015-ci ilin mayında “Azərbaycan Dəmir Yolları” QSC ilə “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair müqavilə imzalayıb. Həmin qatarlar Birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu yaxınlığında yerləşən dəmir yolu stansiyası ilə Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismara buraxılıb. Hər biri 4 vaqondan ibarət olan həmin elektrik qatarları 2015-ci il sentyabrın 12-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı sərnişin stansiyasında paytaxtdan Sumqayıta yola salınıb. Bu qatarların ümumi sərnişin tutumu 919 nəfər təşkil edir, oturacaqların sayı isə 396-dır, onlardan 84-ü biznes sinfinə aiddir.

Dövlətimizin başçısı yeni marşrut üzrə hərəkət edən qatarların xidməti heyəti ilə görüşündə demişdi: “Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir”.

2018-ci il dekabrında Bakı-Gəncə istiqamətində “Stadler” şirkətinin rahat, komfortlu qatarları sərnişinlərin ixtiyarına verilib. 2019-cu ilin aprelində isə Prezidenti İlham Əliyev “Stadler” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. Bu qatarlarda 9 sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla 4 kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Dəmir yollarında artan sərnişin sıxlığı nəzərə alınaraq 2019-cu ilin sonunda “Stadler” şirkətindən alınan daha 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib. Yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkətə buraxılıb. Bundan başqa, “Stadler” şirkətindən “FLIRT” tipli birmərtəbəli daha 6 qatar alınması ilə bağlı da müqavilə imzalanıb. Azərbaycanda dəmir yolları sahəsində böyük infrastruktur proqramının həyata keçirilir, əldə olunmuş razılaşmaya əsasən, ilkin mərhələdə 4 dizel mühərrikli qatarın hazırlanması və təhvil verilməsi nəzərdə tutulub.

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri arasında unikal körpü rolunu oynayır

Müstəqil Azərbaycan böyük uğurlar qazanıb. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi dəyişikliklər sayəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir. Heydər Əliyev ölkənin siyasi rəhbəri olduğu dövrdə respublikanın polad magistralı daim onun diqqət və qayğı obyekti olub. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturu Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə inkişaf etdirilir və modernləşdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirakçıdır.

Hazırda ölkənin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat və logistika sektorunun roluna böyük ümidlər bəslənilir.

Strateji əhəmiyyətli bir regionda beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlərboyu bu dəhlizlər arasında unikal körpü rolunu oynayıb. Belə dəhlizlərdən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir və hazırda dəhliz üzrə intensiv iş aparılır. Proqnozlar göstərir ki, “Şimal-Cənub” dəhlizi tam gücü ilə işə düşdükdə Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının körfəz və Hindistan istiqamətində çıxışına şərait yaradacaq, Qara dəniz limanları ilə Xəzəryanı dövlətlərin ticarət münasibətlərinin intensivləşməsinə gətirib çıxaracaq. Bu dəhliz dəmir yolu daşımalarını və müvafiq surətdə həm yerli, həm də tranzit marşrutlarla Avropa, Cənubi Asiya və Yaxın Şərq arasında daşımalar hesabına dəmir yolu nəqliyyatının gəlirlərini artırmağa imkan verəcək.

Dəmir yollarının inkişafı istiqamətində mütəmadi olaraq işlər görülür

Hazırda dəmir yollarının inkişafı istiqamətində bir sıra işlər görülməkdədir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sının hazırlanması məqsədilə 2020-ci ilin mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalandı. Bundan sonra Azərbaycanda dəmir yollarının strateji inkişaf planı ilə bağlı mütəmadi məsləhətləşmələr aparılır.

Addımlarını ekoloji tarazlığın bərpasına, rəqəmsallaşmanın tətbiqinə yönəldən “Azərbaycan Dəmir Yolları” QSC bu sahədə ardıcıl işləri davam etdirir. Belə ki, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb. Hər kəs öz velosipedini belə dayanacaqlarda ödənişsiz park edə bilər. Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar mövcuddur. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur.

Bundan əlavə, ölkədə ilk dəfə olaraq dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair addımlar atılıb.

Azərbaycanın turizm potensialının artırılmasında xüsusi yeri olan dəmir yolu xətlərinin yenidən bərpası, inşası istiqamətində də işlər aparılır. Bu işlərə nümunə olaraq ötən il açılışı olan Ləki stansiyası - Qəbələ birxətli dəmir yolu göstərmək olar. Bu istiqamətdə sürət qatarlarından istifadə olunacaq. Azərbaycan kimi coğrafi baxımdan kiçik ölkələrdə dəmir yolu ilə səyahət olduqca önəmlidir. Gəncədən sonra Qəbələyə sürət qatarının təşkili şimal regionunun turizm potensialının nümayişi üçün əhəmiyyət kəsb edir. Qəbələ daxili və xarici turistlərin səyahəti baxımından Bakıdan sonra ikinci yerdə qərarlaşıb. Həmçinin Qəbələ ilin bütün fəsillərində turistləri özünə cəlb edən bir istiqamətdir. Bu səbəbdən yeni dəmir yolu xəttinin açılışı təsadüfi hadisə deyil və Qəbələnin turizm potensialının artırılmasında mühüm rol oynayacaq.

Vətən müharibəsində qazanılan Qələbə dəmir yolu infrastrukturunda yeni mərhələnin başlanğıcı oldu

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə dəmir yolu infrastrukturunda da yeni mərhələnin başlanğıcı oldu. Ötən il noyabrın 24-də Prezident İlham Əliyev “Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçirilir. İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək. Layihəyə uyğun olaraq torpaq yatağının işlənməsi, Köçərli, Təzəkənd, Ağdam stansiyalarında yeni standartlara uyğun binaların tikintisi nəzərdə tutulub. Bərdə-Ağdam mənzili üzrə 117 süni qurğunun, o cümlədən 103 ədəd dəmir-beton borunun, 4 heyvan keçidinin, 2 böyük yolötürücü qurğunun və 2 körpünün tikilməsi planlaşdırılıb. Həmçinin Horadiz-Ağbənd dəmir yolu istiqamətində də infrastruktur işlərinə başlanılıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmalar iqtisadiyyatımızın inkişafında vacib rol oynayır

Xəzər dənizində ən iri liman olan yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Azərbaycan dəmir yolları ilə yükdaşımaların artırılmasına şərait yaradır. Bu liman Böyük İpək Yolu layihəsi çərçivəsində həyata keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsidir. Bakı Limanında vaqonların daşınmasında və konteynerlərin aşırılmasında böyük artım qeydə alınıb. Belə ki, bu ilin ilk 6 ayı ərzində digər növ yüklərdə olduğu kimi Bakı Limanı vasitəsilə daşınan vaqonların sayında da ciddi artım müşahidə edilib. Belə ki, əgər ötən ilin ilk altı ayı ərzində Bakı Limanında 14 min 603 ədəd vaqon daşınmışdısa, bu ilin eyni dövründə bu göstərici 25,8 faiz artaraq 18 min 376 ədəd olub. Eyni zamanda, ötən ilin ilk 6 ayı ərzində Bakı Limanı vasitəsilə TEU ekvivalentində 21 min 124 ədəd konteyner aşırılmışdısa, 2022-ci ilin eyni dövründə bu rəqəm 27 min 844 ədəd olub. Bu göstərici isə 31,8 faiz artım deməkdir.

Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 4 milyon 226,3 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 333,2 milyon ABŞ dolları olub. Dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 687,3 min ton yükün dəyəri 677,1 milyon dollar təşkil edib. Səkkiz ayda bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 538,9 min ton, dəyəri isə 1 milyard 656,1 milyon dollar olub.

Avqustda isə dəmir yolu nəqliyyatı ilə ümumilikdə 658 min 878 ton yük daşınıb ki, bu yüklərin dəyəri 349,8 milyon ABŞ dolları təşkil edib. Həmin ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 222 min 233 ton yükün dəyəri 81,2 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 436 min 644 ton, dəyəri isə 268,6 milyon dollar təşkil edib.

Həmçinin səkkiz ayda dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 354 vaqon yüklənib, 376 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib. Həmçinin səkkiz ayda dəmir yolu nəqliyyatı ilə 2 milyon 883,6 min sərnişin daşınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 88,1 faiz artım olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır