REGİONLAR


Vətən müharibəsində qazanılan şanlı Zəfərə xalqımızın vahidliyi sayəsində imza atılıb

Ağcabədi, 16 avqust, AZƏRTAC

Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Zəfərə xalqımızın vahidliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi sayəsində, həmçinin ordumuzun əzmi və qəhrəmanlığı ilə imza ata bilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir “İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin və 5 saylı körpələr evi uşaq bağçasının birgə təşkilatçılığı ilə keçirilən “Xalqın vahidliyi” mövzusunda tədbirdə səsləndirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxışında ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında respublikamızda yaşayan bütün millətlərin vahid xalq kimi birliyinin möhkəmliyindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq-iqtidar-ordu birliyindən danışıb. Bildirib ki, tarixən torpaqlarımız yadellilərin işğalına məruz qalıb, saysız-hesabsız maddi mədəniyyət nümunələrimiz dağıdılıb, məhv edilib. 44 günlük Vətən müharibəsi zamanı isə xalqımız birlik göstərərək, Prezidentin ətrafında sıx birləşərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edə bildi. Bu Qələbə xalqımızın vahidliyinin, birliyimizin ən bariz nümunəsinə çevrildi.

Tədbirdə çıxış edən Ağcabədi şəhər 5 saylı körpələr evi uşaq bağçasının müdiri Gülşən Həsənova xalqın vahidliyindən, birliyinin müxtəlif aspektlərdə təbliğ olunmasının əhəmiyyətindən bəhs edib. Sonda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.