MƏDƏNİYYƏT


Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunan bəstəkarlıq müsabiqəsi elan edilib

Bakı, 28 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi elan olunub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə mayın 1-dən oktyabrın 1-dək keçiriləcək. Simfonik əsər kateqoriyası üzrə keçirilən müsabiqədə yaşı 25-dən 35-ə qədər olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilər.

İştirakçıları münsiflər heyətinin üzvləri – Firəngiz Əlizadə (Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri), Aydın Əzimov (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru), Fəxrəddin Kərimov (Xalq artisti, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru), Həcər Babayeva (Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru) və Ayaz Qəmbərli (Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi, bəstəkar) qiymətləndirəcəklər.

Əsərlərin müzakirəsi qapalı şəraitdə keçiriləcək. Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra, oktyabrın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (mct.gov.az) yayımlanacaq.

Qalib olmuş müəlliflərin əsərlərinin noyabrın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək “Qələbə” konsertində səsləndirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.