MƏDƏNİYYƏT


“Vətən müharibəsinə gedən yol” kitabı işıq üzü görüb

Bakı, 16 fevral, AZƏRTAC

Bu günlərdə tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “Vətən müharibəsinə gedən yol” kitabı işıq üzü görüb.

Kitab haqqında fikirlərini AZƏRTAC-a bölüşən müəllif deyib: “2020-ci il Vətən müharibəsi zamanı dövlətimizin və xalqımızın tam səfərbər olduğu günlərdə biz ziyalıların da üzərinə çox ciddi işlər düşürdü və bu gün də düşür. Bu haqq davamızın geniş şəkildə dünya ictimaiyyətinə çatdırmaq üçün həm xarici, həm də yerli mətbuatda mütəmadi şəkildə çıxış etdim. İnanıram ki, II Qarabağ müharibəsi ilə bağlı məqalə və müsahibələrimin yer aldığı kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.