MƏDƏNİYYƏT


Vətən müharibəsinə həsr olunmuş “Zəfərə doğru” adlı dəyirmi masa təşkil edilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı Badamdar qəsəbə Mədəniyyət evi

ilə birgə Vətən müharibəsinin birinci ildönümü ilə bağlı “Zəfərə doğru” adlı dəyirmi masa keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri baş kitabxanaçı Zenfira Hacıyeva açaraq İkinci Qarabağ müharibəsi və qazandığımız Qələbə haqqında məlumat verib. Daha sonra informasiya mütəxəssisi Lamiyyə Osmanova şəhidlik zirvəsinə ucalmış Babək Həsənovun döyüşlərdə göstərdiyi qəhrəmanlığından, cəsarətindən danışıb. Biblioqraf Aynurə Əliyeva “Şəhid anası” adlı şeiri təqdim edib.

Kompüter operatoru Nüşabə Quliyeva isə Vətən müharibəsi şəhidi Ruslan Bayramovun döyüş yolundan bəhs edib. Multimedia mütəxəssisi Sədaqət Hacıyeva könüllü döyüşlərə qatılan, şəhidlik zirvəsinə ucalan Vüsal Teymurov haqqında söhbət açıb.

Mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova, rejissoru Suğra Lütfəliyeva xalqımızın birliyindən, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək qazandığımız Qələbəmizdən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.