CƏMİYYƏT


Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə aksiya keçirilib

Bakı, 19 iyul, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycanlı Həkimlərdən Təhsilə Dəstək Dərnəyinin birgə təşkilatçılığı ilə iyulun 19-da Mərdəkan qəsəbəsində yerləşən Tibbi Reabilitasiya Xəstəxanasında Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyədə fəaliyyət göstərən və hazırda ölkəmizdə səfərdə olan 4 azərbaycanlı həkim-psixiatr tərəfindən Vətən müharibəsi qaziləri müharibə iştirakçılarında sonradan tez-tez müşahidə olunan psixi pozuntularla bağlı müayinə olunublar. Müayinələr zamanı, əsasən postravmatik stress pozğunluqları, depressiya, panika halı, ürək çırpıntıları, müəyyən fobiyalar və halüsinasiya ilə müşayiət edilən psixoloji pozuntular nəzərdən keçirilib, müvafiq müalicələr təyin edilib və lazımi məsləhətlər verilib.

Qeyd edək ki, tədbir 20 iyul tarixində də keçirilməklə 2 gün davam edəcək və bu müddətdə 100-dən çox qazinin müayinə olunması nəzərdə tutulur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, agentlik tərəfindən həyata keçirilən mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.