SİYASƏT


Vətən müharibəsinin şəhidləri Praqada anılıb

Praqa, 28 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Azərbaycanın Çexiyadakı səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Çexiyada yaşayan həmvətənlərimizin, tələbələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Praqa şəhərində təşkil olunan tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Vətən müharibəsinin əzəmətli döyüş səhnələrini və Azərbaycan xalqının birliyini əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsi barədə fikir mübadiləsi aparılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi döyüş yolu nəzərdən keçirilib. Vətən müharibəsinin başlandığı tarixindən bütün xalqımızın öz liderinin ətrafında daha sıx birləşdiyi və yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncinin cəbhəyə könüllü getmək üçün müraciət etdiyi xatırlanıb.

Pərvanə Qarayeva

AZƏRTAC

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.