İDMAN


“Vətən naminə" onlayn şahmat turnirinin qalibləri təltif olunub

Bakı, 2 mart, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında onlayn formada şahmat turniri təşkil olunub. Yarış İsveçrə sistemi üzrə 3+2 formatında olmaqla, 90 dəqiqə keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, “Vətən naminə" onlayn şahmat turnirinin nəticələrinə əsasən, Jalə Babazadə qalib gəlib. Rakif Quliyev yarışı ikinci, Həbib Həbibi isə üçüncü pillədə başa vurublar.

Qaliblər karantin rejimi qaydalarına riayət olunmaqla, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.