QAN YADDAŞI


Vətən övladlarının fədakarlıq və qəhrəmanlıq tarixi - 20 Yanvar

Bakı, 20 yanvar, AZƏRTAC

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Sonra AzTU-da anım tədbiri keçirilib. Əvvəlcə universitetin foyesində 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyev 33 il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən faciədən danışıb. Bildirib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən Vətən övladları fədakarlıqları və qəhrəmanlıqları ilə tarix yazıblar. Həmin gün xalqımız öz milli ləyaqət hissi ilə sovet imperiyasının top-tüfənginə qalib gəlib. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də hər birimiz üçün qürur, şərəf tarixidir.

Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının əliyalın əhaliyə qarşı törətdiyi faciə ilə bağlı tarixi faktlar diqqətə çatdırılıb. Bildirilib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin sayəsində həllini tapıb. Qeyd edilib ki, gənclər xalqımızın qəhrəmanlıq tarixlərini dərindən öyrənməli və gələcək nəsillərə çatdırmalıdırlar.

Tədbir tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr edilən kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.