MƏDƏNİYYƏT


“Vətən uğrunda” adlı kitabın təqdimatı keçirilib

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 29-da Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada gənc yazar Ramil Bəylərlinin “Vətən uğrunda” adlı kitabının təqdimat mərasimi keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova açaraq Açıq Kitabxanada mütaliənin təbliği məqsədilə həyata keçirilən müxtəlif layihələrdən danışıb. Ədibə İsmayılova təqdimatı keçirilən kitabın 44 günlük Vətən müharibəsi qəhrəmanlarına həsr olunduğunu, müəllifin eşitdikləri əsasında qələmə aldığı döyüş səhnələrinin insanda canlı təəssürat yaratdığını bildirib. Altay adlı gəncin həyat yolu, cəbhədəki mübarizəsi, şücaəti və şəhidlik zirvəsinə yüksəlməsinin əks olunduğunu söyləyən direktor müavini müəllifin bu ilk kitabının başlanğıc üçün gözəl və təsirli əsər olduğunu qeyd edib.

Sonra çıxış edən kitabın müəllifi Ramil Bəylərli, müharibə dövründəki proseslərdən təsirlənərək bu kitabı qələmə aldığını vurğulayıb və Milli Kitabxanaya təqdimatın təşkilinə görə təşəkkürünü bildirib.

Daha sonra Açıq Kitabxana “Könüllülər Qrupu”nun üzvü İsmixan Babayev əsər haqqında fikirlərini bölüşərək, kitabda təsvir edilmiş hadisələri qısaca şərh edib.

Kitabın redaktoru Ülkər Hacıyeva, kitabxananın əməkdaşları Təranə Cəfərova və Aygün Koçak da müəllifə ərsəyə gələn gözəl əsərə görə təşəkkür edib, yaradıcılıq yolunda uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.