Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmurlar

Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmurlar

Bakı, 25 sentyabr, AZƏRTAC

Bir ilə yaxındır ki, Azərbaycan xalqı, bütövlükdə, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi Qələbənin sevinci ilə yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 illik işğala son qoydu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün hər birimiz on illər boyu gözlədiyimiz böyük Qələbənin sevincini yaşayırıq. Ərazi bütövlüyümüzün təmin olunması dövlətçilik tariximizi şərəfləndirdi, intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Haqq-ədalət uğrunda mübarizəmizin nəticəsi olan bu Qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. Bu möhtəşəm Qələbə dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Artıq biz qalib xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında öz gücümüzlə, Ordumuzun qüdrəti ilə azad etməyimizlə fəxr edir və qürurlanırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru Səadət İsmayılovanın “Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmurlar” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir ki, bu illər ərzində nüfuzlu beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etməsi barədə çoxlu sayda qətnamələr qəbul etsələr də, dünyada baş alıb gedən ikili standartlar və islamofobiya bu sənədlərin icra olunmasına imkan vermirdi. Özünü haqq-ədalətin, demokratik prinsiplərin carçısı kimi təqdim edən Qərbin və Avropanın bir sıra dövlətlərinin, habelə mötəbər təşkilatların Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə göz yummaları işğalçı ölkəni getdikcə daha da azğınlaşdırırdı. Azərbaycan öz ərazilərinin işğal altında daimi qalmasına dözə bilməzdi. Ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı müharibə onlara baha başa gəldi. Ordumuzun düşmənə layiqli zərbəsi qarşısında cəmi 44 gün davam gətirən işğalçı Ermənistan 2020-ci il noyabrın 10-da diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Söz yox ki, həmin vaxta qədər Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə Ermənistan ordusuna layiqli cavab vermişdi. Xatırladım ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək 2 min hektardan artıq ərazimizi və bir sıra strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etdi. Bundan iki il sonra – 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə zamanı Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları azad olundu. Həmin əməliyyat zamanı Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bütövlükdə, 11 min hektarlıq ərazi azad olundu. 2020–ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə mövqelərimizə hücum etməsi ilə başlayan Tovuz əməliyyatı altı gün davam etdi və düşmən heç bir uğur qazanmadan yenə əvvəlki mövqelərinə çəkilməyə məcbur edildi. Bu əməliyyat zamanı üzləşdiyi məğlubiyyət də işğalçı ölkəyə ibrət olmadı. Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşləri ölkəmizdə xalq-dövlət-ordu birliyinin nümayişi oldu. Azərbaycan–Ermənistan dövlət sərhədində mütəmadi olaraq düşmən təxribatı nəticəsində başlayan döyüş əməliyyatları respublikamızda xalq-dövlət-ordu birliyinin monolitliyinin tərənnümü oldu. Dövlətimizin başçısı da həmin uğurların əsasında xalq-iqtidar birliyinin dayandığını bildirmişdi: “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, Ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”. Dövlətimizin başçısının səsləndirdiyi bu fikir birlik, həmrəylik amilinə verdiyi dəyərin ən bariz nümunəsidir. Qələbəmizin əsas amillərindən biri də məhz bu oldu: xalqın, dövlətin və ordunun monolit birliyi. Tovuz əməliyyatlarından bir neçə gün sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa növbəti müraciətində də birlik və həmrəylimiz yüksək dəyərləndirildi: “Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir”. Bu fikirlər xalqımızın, bütün dünya azərbaycanlılarının arzusunun, amalının, iradəsinin ümumiləşdirilmiş ifadəsi idi. Nəhayət, 30 illik işğaldan sonra hər birimizin böyük səbirsizliklə gözlədiyimiz ərazi bütövlüyümüz reallaşdı. 200 ildən çox davam edən erməni düşmənçilik siyasəti yerlə-yeksan edildi.

Qeyd edilir ki, ümumiyyətlə, ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətinin 200 ildən artıq tarixi var. Hələ çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin köçürüldükləri vaxtdan başlayan düşmənçilik siyasəti bu günə qədər davam edir. Ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda məskunlaşdıqları ilk gündən həmin əraziləri özününküləşdirməyə başlamışdılar. Düşmən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Onu da qeyd edək ki, “böyük Ermənistan” dövləti yaratmaq iddiası ilə yaşayan ermənilər havadarlarının himayəsi ilə azərbaycanlılara qarşı etnik dözümsüzlüyü çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Erməni qəsbkarlarının 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirməsi, 1918-1920-ci illərdə xalqımıza qarşı törədilən xüsusi qəddarlıqlar yaddaşlardan heç vaxt silinməz. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali dəhşətli soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən zorla qovulmuş, onlara ağlasığmaz işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından çıxarılması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən – dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistanın qəddarlığı, faşizm ideologiyasına meyilliliyi SSRİ-nin süqutundan sonra özünü daha açıq şəkildə büruzə verdi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar, terror aktları, təxribatlar davam etdirildi. Bunların içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. Bu zaman 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Müdrik şəxsiyyətin bütün sahələrdə siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ərazi bütövlüyümüzün təmin olunması, ordu quruculuğunun daha da möhkəmləndirilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etdi. Dövlət başçımızın uğurlu siyasi fəaliyyəti nəticəsində Azərbaycan informasiya blokadasından çıxmış, Ermənistanın qəddarlığı, faşizm ideologiyasına sadiqliyi, işğalçı siyasətindən əl çəkməməsi, bir milyondan artıq soydaşımızın doğma ata-baba yurdundan didərgin salınması, beynəlxalq hüquq normalarına açıq hörmətsizliyi barədə dünya ictimaiyyətinə faktlarla məlumat verməsi haqq-ədalətin bərpa olunması istiqamətində atılan qətiyyətli addımlar idi. On illər ərzində dünya birliyi bu ədalətsizliyə göz yumdu. 30 il davam edən beynəlxalq riyakarlıq, ikili standartlar mərəzi Ermənistanı daha da azğınlaşdırdı. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilməsi, Ermənistana sanksiyalar tətbiq olunmaması nəticəsində mötəbər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr kağız üzərində qalmışdır. Halbuki, bu illər ərzində ölkəmiz daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə, qan tökülmədən həllinə çalışmışdır. Hətta 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd- şərtsiz tərk etmələri barədə 4 qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurası da işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmişdir. Təəssüf ki, bu mötəbər təşkilatın qəbul etdiyi qətnamələr 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Ötən il noyabrın 10-da Azərbaycan qazandığı tarixi Qələbə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etmiş oldu. İldən–ilə ölkənin hərbi qüdrətinin artırılması istiqamətində bütün imkanlardan səmərəli istifadə edən Prezident, Ali Baş Komandan ordu quruculuğunu prioritet vəzifə kimi qarşıya qoydu. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasına yüksəldi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması–bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Qeyd olunur ki, ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı başladığı müharibə zamanı düşmən cəmi 44 gün davam gətirə bildi. Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu döyüş meydanında bir daha təsdiqlədi. Son 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq, baş verən keyfiyyət dəyişiklikləri şanlı Qələbəmizdə özünü göstərdi. Müzəffər Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə tariximizə yeni şanlı səhifə yazdı. Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifidir. Bəzi aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda, hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, istənilən vəzifəni icra etməyə qadirdir. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri də Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində şanlı Qələbə ilə başa çatdı. Ötən il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi. Ermənistanın 30 illik hegemonluğuna son qoyuldu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatının tərəfdarı olduğunu, qan tökmək və torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, münaqişənin hərbi – siyasi həlli yolları var: “Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut etdi. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın”. Vətən yolunda canından keçən və sağlamlığını qurban verənlər heç vaxt unudulmur. İstər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində şəhid və əlil olanlar, bu döyüşlərdə arxa cəbhədə fədakarlıq göstərənlər həmişə dövlətimizin diqqət mərkəzindədirlər. “Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır. Mən hər zaman qazilərin yanında olacağam”, – deyən Prezident İlham Əliyev, bu fikri ilə əslində, bütün müharibə iştirakçılarına olan münasibətini bildirib. Ərazilərimizin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Dövlət daim hər bir qazi və şəhid ailəsinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi kömək göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunəvi dövlətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb