MƏDƏNİYYƏT


“Vətən uğrunda” layihəsi çərçivəsində şəhid Elnur Quliyev haqqında videoçarx hazırlanıb

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Vətən uğrunda” layihəsi çərçivəsində şəhid mayor Elnur Quliyev haqqında videoçarx hazırlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın sosial hesablarında oxuculara təqdim olunan videoçarxda şəhid qəhrəmanımızın qısa, şərəfli ömür yolu haqqında məlumat verilir.

Qeyd edilir ki, Elnur Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yaşamağa başlayıblar.

Azərbaycan Ordusunun mayoru olan Elnur Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı təxliyə rəisi vəzifəsinə təyin olunub. Amma vəzifəsinin cəbhədən geridə təxliyə prosesinin idarə edilməsi olmasına baxmayaraq Elnur Quliyev Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəxsən savaşıb.

Elnur Quliyev Füzuli rayonu ərazisində olan İlanlı dağına Azərbaycan bayrağını sancan hərbçi olub. O, oktyabrın 2-də Füzuli döyüşləri zamanı mühasirəyə düşən şəxsi heyətin xilas edilməsi üçün tabor komandiri və 4 nəfər döyüş yoldaşı ilə birgə döyüşə daxil olub. Ermənistan ordusunun səngərinə daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv edib və onların irəliləməsinin qarşısının alınmasında fərqlənib. Döyüşlər zamanı Elnur Quliyev şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamları ilə Elnur Quliyev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.