CƏMİYYƏT


Vətən uğrunda şəhadət ən ali məqamdır

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 9-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayonu Safıkürd-Tatarlı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Vətən uğrunda şəhadət ən ali məqamdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, dini icmanın sədri Elnur Cəfərov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, Vətən, torpaq uğrunda şəhadət ən ali məqamdır. Bildirilib ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz tarixində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O da qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik məqamına ucalan oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.