SİYASƏT


“Vətən uğrunda” səyyar təşviqat dəstəsinin “Əsgərə məktub” layihəsi uğurla davam edir

Bakı, 29 dekabr, AZƏRTAC 

Azərbaycan əsgərinin döyüş ruhunun daha da artırılmasına, xalq ilə ordu birliyinin möhkəmləndirilməsinə xidmət edən “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərində tədbirlər təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirlərdə “Əsgərə məktub” layihəsi haqqında ətraflı məlumat verilərək, onun Azərbaycanın müxtəlif regionlarında həyata keçirildiyi diqqətə çatdırılıb.

Layihənin məqsədi ictimaiyyətlə ordu arasında əlaqələri möhkəmləndirmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz keşik çəkən, Vətənimizi düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaqdır.

Tədbirlərdə “Vətən uğrunda” səyyar təşviqat dəstəsinin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub. Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər tədbir iştirakçılarının böyük marağına səbəb olub. Layihəyə qoşulan müəllim və tələbələr əsgərlərə yazdıqları məktubları oxuyub, onlara arzu və istək dolu ismarıc göndəriblər.

“Vətən uğrunda” səyyar təşviqat dəstəsi üzvlərinin ifa etdiyi vətənpərvərlik ruhunda mahnılar tədbirlərə xüsusi rəng qatıb.

Səyyar təşviqat dəstəsi, eyni zamanda, ön cəbhədən əsgərdən valideynlərə və əksinə valideynlərdən əsgərə cavab məktublarının çatdırılmasında vasitəçidir. Növbəti dəfə cəbhə xəttində keçirilən “Əsgər məktubu” layihəsi çərçivəsində görüşdə əsgərlərin yazdıqları məktublar səyyar təşviqat dəstəsinin üzvləri tərəfindən onların ailələrinə, yaxınlarına çatdırılıb. Anaların da oğullarına yazdıqları cavab məktubları səyyar təşviqat dəstəsi üzvlərinin vasitəsilə ünvanlarına yetişib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.