REGİONLAR


Vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizədə fəal rol oynayır

Vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizədə fəal rol oynayır

Tərtər, 30 noyabr, AZƏRTAC

Azərbaycanda vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizədə fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər. Artıq Azərbaycanda korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin antikorrupsiya şəbəkəsi yaradılmaqdadır. Hazırda bu şəbəkənin sıralarında 27 qeyri-hökumət təşkilatı birləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtərdə “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyətləri arasında birgə əməkdaşlığın gücləndirilməsi, həyata keçirilən layihələr müzakirə edilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Çıxış edənlər Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə fəal iştirak etdiyini, qanunvericiliyin formalaşdırılmasına cəlb olunduğunu, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının önəmini xüsusi vurğulayıblar.

Vurğulanıb ki, Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizədə inzibati-profilaktik tədbirlərlə yanaşı, maarifləndirmə və təbliğat işinə də ciddi fikir verməyi zəruri hesab edir. Dövlətimizin başçısı korrupsiyaya qarşı mübarizədən danışarkən belə əməllərə yol verənlərə dəfələrlə ciddi xəbərdarlıq edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.