CƏMİYYƏT


Vətəndaş dövlətinə güvənir

Bakı, 21 may, AZƏRTAC

Son illər iqtisadiyyatımızda baş verən müsbət dəyişikliklərlə paralel olaraq, iqtisadiyyatın ağardılması, gəlirlərin şəffaflaşdırılması istiqamətində də əməli tədbirlər görülməkdədir. Belə ki, fiskal siyasət həyata keçirən vergi və gömrük orqanları tərəfindən 2019-cu il üzrə dövlət büdcəsinə proqnozlaşdırılmış vəsaitdən əlavə 1,5 milyard manat vəsaitin daxil olması təmin edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin birinci rübünün yekunlarının müzakirəsi zamanı da makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluğunun yaxşılaşdırılması və qeyri-neft sektorunun inkişafı əsas prioritet məsələlər kimi diqqət mərkəzində oldu. Təkcə Gömrük orqanları tərəfindən 2020-ci ilin birinci rübündə dövlət büdcəsinə proqnozlaşdırılmış 900 milyon manatdan əlavə 90 milyon manat vəsait köçürülüb. Habelə qeyri-formal əmək müqavilələrinin qeydiyyata alınması sayında 105 min artım olub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 21,3 faiz artaraq 1,4 milyard manat təşkil edib. Beləliklə, koronavirus pandemiyası dövründə muzdla işləyən 1,7 milyona yaxın vətəndaşımızın məşğulluğu təşkil edilib və risklərdən qorunub”.

Məzahir Əfəndiyev qeyd edib ki, dövlətimizin başçısının sahibkarlara dəfələrlə müraciət etməsi, qeyri-formal məşğulluğa son qoyulması, fəaliyyətlərinin ağardılması, maliyyə intizamına riayət olunması ilə bağlı çağırışları iqtisadiyyatımızın dayanıqlılığının təmin olmasında mühüm rol oynayıb.

“Lakin təəssüflə qeyd edirəm ki, hələ də sahibkarlıq subyektlərində əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən və bu işi davam etdirməkdə olan şirkətlər var. Onları da fəaliyyətlərini dövlətimizin qanunları çərçivəsində qəbul olunan qərarlar əsasında təmin etməyə, gələcəkdə vətəndaşlarımızın əlavə problemlərlə, risklərlə üz-üzə qalmamasında dövlətimizə kömək olmağa çağırıram”, - deyə deputat əlavə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.