ELM VƏ TƏHSİL


“Vətəndaş elminin təhsil prosesinin inkişafına təsirinin tədqiqi” mövzusunda seminar təşkil edilib

Bakı, 2 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Vətəndaş elminin təhsil prosesinin inkişafına təsirinin tədqiqi” mövzusunda onlayn elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək elm və təhsilin inteqrasiyasının əsas istiqamətlərindən birinin alimlərin təhsildə, müəllim və tələbələrin isə elmi tədqiqatlarda iştirakının artırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirib ki, elmi biliklərin eksponensial artımı təhsilin keyfiyyətinin yaxşılaşmasına səbəb olur.

N.Verdiyeva vətəndaş elmi, onu xarakterizə edən xüsusiyyətlər, vətəndaşların vətəndaş elmində iştirakı modelləri haqqında məlumat verib. Daha sonra məruzəçi vətəndaş elminın tələbələr üçün üstünlüklərindən bəhs edib. Bildirib ki, bu üstünlüklərə kollektiv əməkdaşlıq, təfəkkür qabiliyyətinin inkişaf etdirilməsi, elmi metodların tətbiqi ilə tanışlıq, sosial vərdişlərin yaxşılaşdırılması daxildir. Ənənəvi tədrislə müqayisədə aktiv tədris tələbələrin müvəffəqiyyətini artırır.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək məruzəyə dair fikirlərini səsləndirib, müvafiq istiqamətdə tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələr verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.